Tikinti obyekti qaz sayğaclarına hər 3 aydan bir texniki baxış keçiriləcək.
Sözügedən məsələ parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan “Qaz təchizatı haqqında” yeni qanun layihəsində əksini tapıb.
Layihədə qeyd olunur ki, tikinti obyekti qazın nəqli şəbəkəsinə qoşulmuş istehlakçının sayğacının işlək vəziyyətdə olduğunu müəyyən etmək məqsədilə 3 ayda bir dəfə həmin sayğaca və onun qoşulma sxeminə baxış keçiriləcək.