Bu qadağa martın 29-dək qüvvədə olacaq – RƏSMİ

0
416

Bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyətinə tətbiq olunan məhdudiyyətin müddəti uzadılıb.

Bu, Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” qərarına etdiyi dəyişiklikdə əksini tapıb. 

Qərara əsasən, 2021-ci il 30 yanvar saat 00:00-dan 1 fevral saat 06:00-dək, 6 fevral saat 00:00-dan 8 fevral saat 06:00-dək, 13 fevral saat 00:00-dan 15 fevral saat 06:00-dək, 20 fevral saat 00:00-dan 22 fevral saat 06:00-dək, 27 fevral saat 00:00-dan 1 mart saat 06:00- 2 dək, 6 mart saat 00:00-dan 8 mart saat 06:00-dək, 13 mart saat 00:00-dan 15 mart saat 06:00-dək, 20 mart saat 00:00-dan 22 mart saat 06:00-dək, 27 mart saat 00:00-dan 29 mart saat 06:00-dək ictimai nəqliyyatın hərəkəti dayandırılmalıdır. 

Bu Qərar 2021-ci il yanvarın 30-dan qüvvəyə minir. 

Qeyd edək ki, bundan öncə qüvvədə olan qərarda 2021-ci il 2 yanvar saat 00:00-dan 4 yanvar saat 06:00-dək, 9 yanvar saat 00:00-dan 11 yanvar saat 06:00-dək, 16 yanvar saat 00:00-dan 18 yanvar saat 06:00-dək, 23 yanvar saat 00:00-dan 25 yanvar saat 06:00-dək, 30 yanvar saat 00:00-dan 31 yanvar saat 06:00-dək ictimai nəqliyyatın hərəkətinin dayandırılması əksini tapmışdı.