Bu pensiyalar artırılsın

0
408

Əmək pensiyasının minimum məbləği artırılarkən həmin artıma qədər təyin edilmiş bütün pensiya məbləğlərinin müvafiq artıma mütənasib və ya müəyyən məbləğdə artırılması təklif edilir.

Bu təkliflə Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” müzakirəsi zaman İnsan hüquqları üzrə müvəkkil Səbinə Əliyeva deyib.

O qeyd edib ki, 3 yaşınadək uşağa qulluğa görə müavinətin əmək fəaliyyəti ilə məşğul olmayan şəxslərə də şamil edilməsi olduqca vacibdir.
Müvəkkil həmçinin sağlamlığın qorunması hüququnun sözün əsil mənasında effektiv təmin edilməsi məqsədilə bütün tibbi xidmətlərinin və xəstəliklərin icbari tibbi sığorta hesabına həyata keçirilməsini təklif edib.

Qeyd edək ki, Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin gəlirləri 34 173 000,0 min manat, xərcləri 36 763 000,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 33 399 895,0 min manat, yerli gəlirləri 773 105,0 min manat, mərkəzləşdirilmiş xərcləri 35 980 547,0 min manat, yerli xərcləri 782 453,0 min manat) məbləğində tərtib edilib.