Bu pəhrizlər TƏHLÜKƏLİDİR

0
428
Bu pəhrizlər TƏHLÜKƏLİDİR

Balanslaşdırılmamış pəhrizlər insanın immun sistemini və xəstəliklərə qarşı müqavimətini aşağı salır.

Bu barədə Moskva Səhiyyə Departamentinin baş dietoloqu Antonina Starodubova danışıb:

“Biz ekstremal arıqlamaqdan çəkindiririk. Ac qalmaq, qidalanmanı kəskin şəkildə məhdudlaşdırmaq və “dəbdə olan” pəhrizləri saxlamaq lazım deyil – zərərlidir”.

Starodubovanın sözlərinə görə, sağlam optimal qidalanma və adekvat fiziki yüklənmə zamanla bədən çəkisinin normaya düşməsinə səbəb olacaq. Həkim, həmçinin, qeyd edib ki, artıq çəki olduqda, yaxud piylənmə zamanı yavaş arıqlamaq sağlamlıq üçün daha faydalıdır.