Bu pəhriz növü ölüm riskini azaldır – ARAŞDIRMA

0
440

Gündə 5 porsiya meyvə və tərəvəz yemək uzun ömür üçün optimal hesab olunur.

Amerika Ürək Assosiasiyası mütəxəssislərinin nəticələrinə əsasən, bir şəxs bu qaydaya əməl edirsə, bu, erkən ölüm riskini azaldır.

Nəticə məqaləsi “Circulation” jurnalında dərc olunan araşdırmaya görə, meyvələrin porsiyalarının tərəvəzə nisbəti 2-3 arasında olmalıdır.

Alimlər 30 il ərzində izlənilən 100 000-dən çox yetkinin iştirak etdiyi bir neçə genişmiqyaslı araşdırmanın məlumatlarını təhlil edib. Amerika, Avropa, Asiya, Afrika və Avstraliyadan daxil olmaqla, 29 ölkədən 1,9 milyon iştirakçının qatıldığı 26 araşdırmanın məlumatları toplanaraq bu nəticəyə gəlinib.

Gündəlik 5 porsiya meyvə və tərəvəz yeməyin ən az ölüm riski ilə əlaqəli olduğu, ancaq 5 porsiyadan çox yeməyin əlavə faydalar vermədiyi ortaya çıxıb. 5 porsiya səbəbindən asılı olmayaraq, ölüm riskini 13%, ürək-damar xəstəliklərindən 12%, xərçəngdən 10% azaldıb.

Noxud, qarğıdalı və kartof kimi nişastalı tərəvəzlər ölüm riskinin azaldılması ilə əlaqəli deyil. Yalnız ispanaq, kahı və kələm daxil olmaqla, yaşıl yarpaqlı tərəvəzlər, beta-karoten ilə zəngin meyvə və tərəvəzlər faydalıdır