Bu ölkənin vətəndaşlarının Gürcüstana girişi qadağan edildi

0
102

Martın sonundan Tacikistan vətəndaşlarına Gürcüstana giriş qadağan edilib. 

Bu barədə “Azadlıq” radiosunun (Radio Ozodi) Tacikistan xidməti məlumat yayıb.

Tacikistan vətəndaşlarının Gürcüstan ərazisinə buraxılmamasının səbəbi məlum deyil. İki ölkə arasında vizasız rejim mövcuddur. Həmçinin rəsmi mətbuatda Tacikistan vətəndaşlarının Gürcüstana giriş qaydalarının dəyişdirilməsi ilə bağlı heç bir məlumat verilməyib.

“Mən Gürcüstana sənədləri səfirliyə təqdim etmək üçün gəlmişəm. Bütün sənədlər paketini göstərdim, amma məni içəri buraxmadılar”, – videoda Tacikistan vətəndaşlarından biri deyir.

Videoda Gürcüstan sərhəd xidmətinin nümayəndəsi Tacikistan vətəndaşlarının sualına cavab olaraq qısaca deyib: “Şərh verilmir”.

Bu tendensiya cari ilin mart ayının sonundan müşahidə edilir, lakin Tacikistan hakimiyyəti hələ də vəziyyətə reaksiya verməyib.

Tacik jurnalisti Anuşervon Aripov bu il martın 26-da “Ozodi” radiosuna bildirib ki, o və bir neçə digər Tacikistan vətəndaşı Gürcüstan ərazisinə keçə bilməyib. “Mən ailəmlə – həyat yoldaşım və iki kiçik uşağımla birlikdə idim. Biz Gürcüstana turizm məqsədilə daxil olmağı planlaşdırırdıq, lakin “Darialı Beynəlxalq Avtomobil Nəzarət Məntəqəsi” sərhəd-keçid məntəqəsində bizi buraxmadılar, ona görə də Vladiqafqaza qayıtmalı olduq. Həmin gün daha 8 Tacikistan vətəndaşı buraxılmayıb”.