Türkmənlərin sıx yaşadığı İraqın Səlahəddin şəhərində türk dili üçüncü rəsmi dil qəbul edilib.
Bu barədə Səlahəddin Əyalət Şurasının sədri Adel əl-Sumeydei məlumat verib.
O bildirib ki, vilayətdəki bütün dövlət qurumlarında türk dili istifadə olunacaq.
Qeyd edək ki, 2023-cü ilin mart ayında Kərkükdə türkmən dili rəsmi dil kimi qəbul edilmişdi.