Rusiyaya girişi qadağan edilmiş onlarla Qırğızıstan vətəndaşı Moskva hava limanında vətənə göndərilmək üçün gözləyir.
Bu barədə Qırğızıstan Xarici İşlər Nazirliyi məlumat yayıb .
Qeyd olunur ki, martın 26-da səfirliyin əməkdaşları Şeremetyevo hava limanına gedib, orada Rusiya FTX-nin Sərhəd Xidmətinin məsul əməkdaşları və “Aeroflot” aviaşirkətinin nümayəndələri ilə görüşüblər. Nazirlik əlavə edib ki, hazırda 40 Qırğızıstan vətəndaşı vətənə göndərilməyi gözləyir.
Martın 25-də Qırğızıstan Xarici İşlər Nazirliyi Moskva yaxınlığındakı “Crocus City Hall” konsert zalında baş vermiş terror aktı ilə əlaqədar öz vətəndaşlarını Rusiyaya səfərdən çəkinməyə çağırıb. Xarici İşlər Nazirliyi həmçinin artıq Rusiyada olan həmvətənlərinə izdihamlı yerlərə getməməyi və şəxsiyyəti təsdiq edən sənədləri özləri ilə aparmağı tövsiyə edib.