Xarici ölkələr Moldovanı LGBT paradları keçirməyə məcbur edirlər.
Bu barədə “Qələbə” müxalifət blokunun lideri İlan Şor “Telegram” kanalında yazıb.
“Moldova ilə heç bir əlaqəsi olmayan ölkələr bizi LGBT paradı keçirməyə vadar edir. Moldovalılardan daha soruşulmur. Əgər siz Avropa Birliyinə daxil olmaq istəyirsinizsə, göy qurşağı bayraqları dalğalandırın”.
Qeyd olunur ki, LGBT paradının iyunun 9-dan 15-dək Moldovada keçirilməsi və paytaxt küçələrində yürüşlə başa çatması planlaşdırılır.