Bu ölkələrin kinematoqrafları İlham Əliyev və Mehriban Əliyevaya məktub yazdı

0
361

Türkiyə, Böyük Britaniya, İtaliya və Portuqaliyadan olan kinematoqraflardan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya məktub ünvanlanıb.

Məktubda deyilir:

“Möhtərəm cənab Prezident İlham Əliyev!

Əziz Mehriban xanım Əliyeva!

Biz, Böyük Britaniya, İtaliya, Portuqaliya və Türkiyədən olan kinematoqraflar 2011-2012-ci illərdə “Bakı, səni sevirəm” adlı beynəlxalq layihə işləyib hazırlamışıq. Çəkilişlər Azərbaycanın paytaxtı Bakıda həyata keçirilib. Bakının gözəlliyinə və azərbaycanlıların qonaqpərvərliyinə heyran olduq!

Son günlər Azərbaycandan gələn xəbərlər bizi narahat edir. Gəncə şəhərinə raket hücumu nəticəsində günahsız insanların həyatını itirməsi bizi çox üzdü. Qurbanların ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığımızı bildiririk.

Baş verənlər bizi hiddətləndirib! Müasir dünyamızda belə hallar olmamalıdır!

Sizə və gözəl xalqınıza mənəvi dəstəyimizi ifadə etmək istərdik. Səmimi-qəlbdən arzu edirik ki, müharibə tezliklə başa çatsın. Qoy, Azərbaycanın ərazi bütövlüyü və Azərbaycan xalqının rifahı əbədi olsun!

Biz Sizinləyik!”.