Bu ölkələrdə ruslar təqib olunur – Səfirliklər bağlana bilər?

0
64

Rusiya Baltikyanı ölkələrdəki səfirliklərini bağlamayacaq, çünki onun həmvətənləri ölkə üçün önəmlidir.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin İkinci Avropa Departamentinin direktoru Sergey Belyayev məlumat verib.

“İndiki vəziyyətdə bizim dərd içində olan soydaşlarımızı tərk etməyə mənəvi haqqımız yoxdur. Biz təkcə ixtisaslaşmış beynəlxalq strukturlarda deyil, birbaşa Baltikyanı ölkələrdə də polis zorakılığına qarşı fəal mübarizə aparırıq. İşə hüquq müdafiəçiləri və vəkillər cəlb olunub”, – Sergey Belyaev “TASS”-a müsahibəsində bildirib.

O əlavə edib ki, Baltikyanı ölkələrdə çoxlu sayda rusdilli vətəndaşlar var. Lakin müxalif fikirlərə görə təqib olunurlar.

Belə ki, mayın 8-də Estoniyada avtomobilin şüşələrindən Rusiya bayrağını dalğalandıran 3 nəfər saxlanılıb. Onlara qarşı “beynəlxalq cinayətlərə haqq qazandırmaq” maddəsi ilə cinayət işi başlanıb. Baltikyanı ölkələr Rusiyanın Ukraynada apardığı müharibəni dəstəkləmir, sanksiyalar tətbiq edirlər.