Bu ölkələr Rusiya enerji sistemindən imtina edir – Sabahdan etibarən…

0
9

Fevralın 8-dən etibarən Estoniya, Latviya və Litva sinxron şəkildə Rusiya-Belarus enerji sistemindən imtina edəcək. “BRELL” sistemindən ayrılan Baltikyanı ölkələr Avropa enerji sisteminə inteqrasiya olunacaq.

Bu barədə Avropa İttifaqının Xarici siyasət üzrə Ali Nümayəndəsi Kaya Kallas öz sosial şəbəkə hesabında yazıb: “Rusiya daha enerji resurslarından şantaj vasitəsi kimi istifadə edə bilməyəcək. Bu, Avropanın azadlığının və birliyinin zəfəridir”.

Litvanın energetika naziri Jiqimantas Vayçünas isə bunu ölkəsinin enerji müstəqilliyi uğrunda mübarizəsində sonuncu addım kimi dəyərləndirib: “Biz Rusiyanı geosiyasi şantaj vasitəsi kimi elektrik enerjisindən sui-istifadə etmək imkanından məhrum edəcəyik”.