Bu ölkədən vətəndaşlarına təcili çağırış: ABŞ-a getməyin!

0
9

Venesuela hökuməti ABŞ-a səyahət edən vətəndaşlar üçün xəbərdarlıq edib.

Bu barədə Venesuela Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Bəyanatda venesuelalılara ABŞ-da qarşılaşa biləcəkləri risklər və mənfi şərtlərlə bağlı xəbərdarlıq edilib. Həmçinin son aylarda ABŞ-da venesuelalılara qarşı özbaşına immiqrasiya nəzarəti tədbirlərinin və təqib siyasətlərinin artdığı qeyd edilib:

“ABŞ səlahiyyətliləri tərəfindən əsassız həbslər, əsassız deportasiyalar, əmlak və sənədlərin müsadirə edilməsi, ayrı-seçkilik və ləyaqəti alçaldan rəftar halları həyata keçirilib. Bu hərəkətlərə insan hüquqlarının kobud şəkildə pozulması, üçüncü ölkə həbsxanalarında lazımi prosedur olmadan saxlanma və qaçırılma daxildir”.

Eyni zamanda Venesuela hökumətinin venesuelalı miqrantları qorumaq əzmini bir daha təsdiqlədiyi və onların hüquqlarının pozulmasını pisləməyə davam edəcəyi vurğulanıb. Beynəlxalq ictimaiyyət insan ləyaqətini və beynəlxalq hüquq prinsiplərini pozan bu praktikalara qarşı həssas və ayıq olmağa çağırılıb.

Qeyd edək ki, ABŞ administrasiyası 250-dən çox qeyri-qanuni immiqrantı Venesuela dəstələri ilə əlaqədə olduqları iddiası ilə El Salvadora deportasiya edib.