Bu ölkədəki Qocalar evində təxminən 6000 insan ÖLDÜ

0
414

Bütün dünyaya təsir göstərən koronavirusdan (Covid-19) ən çox təsirlənən ölkələr arasında 5.890 nəfər yalnız İngiltərədəki Qocalar Evində həyatını itirib. İngiltərədəki son məlumatlara görə, 28 min 734 adam koronavirus səbəbiylə ölüb, 190 min 584 adamda virus aşkarlanıb. İngiltərə mediası virus səbəbindən ölənlərin 5 min 890 nəfərin Qocalar Evlərində yaşlılar olduğunu da açıqlayıb.

İngiltərə Milli Statistika İdarəsinin Sağlamlığın Təhlili və Həyat Hadisələri Şöbəsinin rəhbəri Nik Stripe, İngilis mediasına verdiyi açıqlamada “İlin bu vaxtında gözlədiyimizdən təxminən dörd dəfə çox ölüm qeydə alınıb” deyib.

İngiltərənin Baş naziri Boris Conson 7 ölkə və Avropa İttifaqı (AB) ölkələrinin, eləcə də İngiltərənin ortaq şəkildə təşkil etdiyi Koronvirusla Qlobal Mübarizə mövzusunda Beynəlxalq Donor Konfransında çıxış edib.

Onlayn konfransda peyvəndlər, testlər və müalicələr üzrə araşdırma üçün 388 milyon funt sterlinq (441 milyon avro) yardım edən Conson, “Bu mübarizəni qazanmaq üçün xalqlarımızın ətrafında davamlı bir qalxan qurmalı və birlikdə çalışmalıyıq.

Daha çox əməkdaşlıq və təcrübə paylaşılsa, bir çox elm adamı uğur qazanacaq” deyən Connson, “Bu virusu məğlub etmək üçün peyvənd tapmaq üçün araşdırmalar ölkələr arasında rəqabət deyil, hamımızın birgə səyidir” . Epidemiya ilə mübarizədə birlikdə hərəkət etməyin vacibliyini vurğulayan Conson, “İnsanlığın virusa qarşı olduğu bir vəziyyət var. Bu işdə birlikdəyik və birlikdə qazanacağıq” deyib.