Mərakeş Səhiyyə Nazirliyi koronavirusdan ölənlərin yuyulması məsələsində fətva verməsi üçün İdarə Həyətinə müraciət edib.
Ölkədə fətva işlərinə cavabdeh olan İdarə Heyəti məsələ ilə bağlı açıqlama verib.
Açıqlamada islamın insanların sağlamlığına önəm verdiyi və onların həyatını təhlükəyə atacaq hər hansı bir xəstəliyə məruz qalmasını istəmədiyi vurğulanıb. Komitə epidemiya səbəbindən ölənlərin cəsədlərinin yuyulma prosesini həyata keçirənlər üçün təhlükə yaratdığını və buna görə cəsədlərin yuyulmamasının icazəli olduğunu bildirib.
Açıqlamada həmçinin ölənlərin şəhid olacaqları deyilib. Digər tərəfdən, Səhiyyə Nazirliyi ölkədə virusa yoluxanların sayının 3 min 889, ölüm sayının 159-a çatdığını bildirib.