Fransa Kənd Təsərrüfatı Nazirliyi ölkənin cənub-qərbindəki Landes departamentində 6 min ördəyi olan quşçuluq təsərrüfatında yüksək dərəcədə aktiv H5N8 quş qripi virusunun yayıldığını elan edib.
Bu, noyabr ayının ortalarında H5N8 virusu ölkənin zoomağazalarında quş qripi yayılmasından sonrakı ilk yoluxmuş fermadır.
Qeyd olunur ki, insana ötürülməyən bu H5N8 virusu köçəri quşlar vasitəsi ilə Avropanın vəhşi təbiətində fəal şəkildə dolaşır.
Profilaktik tədbir olaraq fermadakı bütün ördəklər məhv edilib.