Bu ölkədə “qanlı yağış” xəbərdarlığı – Tufanlar da ola bilər

0
14

Almaniyanın meteoroloji xidməti Almaniyanın cənub-qərbində yaşayan sakinlərə xəbərdarlıq edib ki, bu həftə sonu onların məskunlaşdığı ərazilərdə nadir təbiət hadisəsi – “qanlı yağış” gözlənilir.

Bu barədə “Bild” məlumat yayıb.

Səbəb Saharadan gələn tozla doymuş yağışlardır. Sinoptiklərin fikrincə, bu, avtomobillərin rənglənməsi üçün təhlükə yarada bilər.

“Bu cür yağışlar avtomobillərdə xüsusilə nəzərə çarpacaq”, – meteoroloji xidmətin nümayəndəsi bildirib.

Təbiət hadisəsinin ilk əlamətləri artıq görünür – Almaniyanın bəzi bölgələrində səma sarımtıl rəngə çevrilib. Qumlu əsas yağıntının Baden-Vürtemberq əyalətində olacağı gözlənilir.

Təbiət hadisəsinin dəqiq miqyasını təxmin etmək hələ də çətindir. Eyni zamanda hava kütlələrinin qarışması səbəbindən tufanlar da ola bilər.