Bu ölkədə məhdudiyyətlər götürüldükdən bir neçə saat sonra yenidən qüvvəyə mindi – VİDEO

0
526

Bu gündən etibarən bir çox ölkələrdə koronavirusla bağlı bəzi məhdudiyyət tədbirləri ləğv edilib. Belə ölkələrdən biri də Hindistandır. Lakin hökumət çox qısa bir zamanda verdiyi qərardan peşman olub.

Bildirilir ki, hökumət Nyu-Dehlidə alkoqol dükanlarının açılmasına izn verib. Lakin bir neçə saat sonra rəsmi qurumlar həmin obyektlərin yenidən bağlanılması barədə qərar qəbul etmək məcburiyyətində qalıb. Səbəb isə müştərilərin 1,5 metr sosial məsafə qaydalarına riayət etməmələri və qarşılarına keçən hər şeyi “silib-süpürmələri” olub.

Son məlumatlara görə, Hindistanda 42 670 nəfər koronavirusa yoluxub. Onlardan 1 395 nəfəri ölüb, 11 782 nəfəri sağalıb.