Bu ölkədə məhbuslar orduya qəbul edilir: Rusiya ilə müharibəyə hazırlıq başladı

0
18

️Litva Rusiyaya qarşı hərbi əməliyyatlara ciddi hazırlaşır. Bunu məhbusların səfərbər edilməsi və onlaırın işə cəlb edilməsi də sübut edir.

Bunu özünün “Telegram” kanalında tanınmış jurnalist, “Russia Today” media qrupunun xüsusi müxbiri Aleksey Stefanov yerləşdirib. O, paylaşımına Müdafiə Nazirliyinin məhbuslar arasında döyüş əməliyyatlarına hazır olub-olmadıqları barədə keçirilən sorğunun anketinin fotosunu da əlavə edib.

Stefanovun sözlərinə görə, bu planın məqsədi Rusiya ilə hərbi əməliyyatların baş verəcəyi təqdirdə Litvada “beşinci kolon” ​​adlanan qrupu fiziki olaraq aradan qaldırmaqdır.