Bu ölkədə koronavirusa yoluxma halı kəskin şəkildə azalıb

0
372

 

Slovakiyada yeni növ koronavirusa yoluxma halları ciddi şəkildə azalıb.

Mayın 22-dən 23-dək ölkədə cəmi bir yoluxma faktı qeydə alınıb. Həmin müddət ərzində isə laboratoriyalarda 2236 test edilib. Bununla da Slovakiyada yoluxma hallarının ümumi sayı 1504-ə çatıb, yoluxanlardan 1280 nəfər artıq sağalıb. COVID-19 xəstəliyi ilə əlaqədar ölənlərin sayı isə 28 nəfərdir.

Slovakiyanın korona.gov.sk saytının verdiyi məlumata əsasən, indiyədək ölkədə 156 min 765 nəfər test olunub. 224 aktiv xəstədən 60 nəfər xəstəxana şəraitində müalicə olunur, onlardan cəmi bir nəfərinin vəziyyəti ağır qiymətləndirilir.