Koronavirus maskanı bütün dünyada gündəlik həyatın bir parçası halına gətirib.
Yaponiyalı bir dizayner isə çox fərqli bir maska növü ilə bütün dünyanın diqqətini çəkib.
Tokiodakı Kamenya Omote adlı dizayner insanların üzünü 3D formatında skan edərək gerçəyinə çox bənzəyən maskalar istehsal edir. O, üzünün satılmasına icazə verən şəxslərə təxminən 386 dollar pul verir. Maskaların satış qiyməti isə 946 dollardır.