Bu ölkədə görünməmiş vəhşilik: Kişi turistləri çaya atdılar, qadınları zorladılar

0
10

Hindistan polisi bir israilli daxil olmaqla iki qadının dəstə tərəfindən zorlandığını və bir kişi turistin öldürüldüyünü bildirib.

Üç kişi və 27 yaşlı israilli turist də daxil olmaqla beş nəfər ölkənin cənubunda YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş məşhur obyektin yaxınlığında gəzintiyə çıxıb.

Ərazidə olan üç hücumçu gecə turistlərə yaxınlaşaraq pul istəyib. Daha sonra tərəflər arasında mübahisə düşüb. Mübahisədən sonra təcavüzkarlar kişi turistləri yaxınlıqdakı su kanalına atıb. İsrailli qadın və turistləri müşayiət edən hindistanlı qadına təcavüz ediblər.

Suya atılan 3 turistdən 1-i boğulub. Polis hadisə ilə bağlı aparılan istintaq çərçivəsində hücum edənlərin saxlanıldığını açıqlayıb.