Bu ölkədə federasiya rəhbəri futbolçulara təcavüzdə ittiham edilir

0
426

Haiti Futbol Federasiyasının (FHF) rəhbəri İves Jan Bart milli təlim mərkəzindəki gənc futbolçulara təcavüz etməklə ittiham olunur.

Bu barədə zərərçəkmişlər və onların ailələrinin nümayəndələrinin ifadəsinə istinadla xəbər yayılıb.

Bildirilir ki, 2000-ci ildən indiyə qədər FHF rəhbəri milli təlim mərkəzindəki bir neçə oyunçunu cinsi əlaqəyə məcbur edib. Hətta onun bu futbolçulardan birini abort eləməyə məcbur etdiyi iddia olunur.

“Orada bir qadın qızlara Bart ilə cinsi əlaqədə olmaq üçün təzyiq göstərirdi. Əgər Bartın hansısa qızdan xoşu gəlirdisə, qadını həmin qızın yanına göndərir və istəyinə əməl olunmasa, onu mərkəzdən çıxarmaqla hədələyirdi”, – zərərçəkmişlərdən biri deyib.

Bart qəzetin iddialarını rədd edərək, “heç bir şikayət olmadığını” və iddiaların “FHF, prezident və ailəsini ləkələmək üçün açıq bir manevr olduğunu” deyib.