Ekvadorun Guayaquil vilayətində evlərdən və xəstəxanalardan 1424 meyitin toplandığını bildirib. Ölənlər koronavirus səbəbindən dünyasını dəyişib.
xalqa müraciətində Ekvador Prezidenti Moreno ölkəsində Kovid-19 epidemiyası ilə mübarizə çərçivəsində bir açıqlama verib.
Ekvadorda virus aşkarlandıqdan bir müddət əvvəl görülən tədbirləri xatırladan Moreno, “Epidemiyaya hazırlıqsız olduğumuz şərhlərini eşidirəm. Əlbəttə hazırlıqlı deyildik və heç kim hazırlıqlı deyildi. Sual verirəm ki, siz hazırlıqlı idiz? Ailəniz, şirkətiniz və ya hər hansı bir ölkə hazır idimi?” deyə açıqlamasında bu ifadələri işlədib.
“Birgə İşçi Qrupu bu günə qədər Guayaquildəki evlərdən və xəstəxanalardan 1424 meyit toplayıb və hamısı lazımi şəkildə dəfn edilib” deyə Moreno bildirib.
Ekvadorda Kovid-19 epidemiyasının geniş yayılması səbəbilə Guayaquildə, xəstəxanaların meyitxanalarının dolduğu və cənazə xidmətinin təmin edilməməsi səbəbiylə insanların qohumlarını küçələrə buraxdıqları və küçədə yandırdıqları görülüb.
Şəhərdə meyitləri toplamaq üçün ordunun köməyi ilə qurulan Birgə İşçi Qrupunun lideri Veyted, toplanan cəsədlərin Kovid-19-ın ölüm səbəbinin olub olmadığının bilinmədiyini söyləyib.
17 milyondan çox əhalisi olan Ekvadorda rəsmi məlumatlara görə, indiyə qədər 388 nəfərin həyatını itirib, ümumi yoluxma halı isə 7.858 nəfər olub.