Gürcüstanda bu gün sovet işğalının 99-cu ildönümü tamam olur.
Bununla bağlı ölkənin bütün dövlət qurumlarında bayraqlar endirilib.
Dövlət bayraqları Gürcüstan prezidentinin sarayı, parlament, hökumət və digər dövlət idarələrinin binalarında da endirilib.
Qeyd edək ki, 1921-ci ilin fevralın 25-də Qırmızı ordu Tbilisiyə daxil olub və Gürcüstan Demokratik Respublikasını devirib.
Gürcüstan parlamentinin 21 iyul 2010-cu il tarixli qərarı ilə fevralın 25-i Sovet işğalı günü elan olunub. Ölkə üzrə dövlət bayraqları hər il məhz bu tarixdə işğalın yüz minlərlə qurbanının xatirəsinə ehtiram əlaməti olaraq endirilir.