Bu ölkədə cümə namazına icazə verildi

0
351

Malayziyanın hakimiyyət orqanları iki ay davam edən fasilədən sonra ilk dəfə mayın 15-də məscidlərdə cümə namazının təşkilinə icazə verib.

Bu barədə Dini məsələlər nazir Zulkifli Məhəmməd Əl-Bəkri bildirib.

“Koronavirusun yayılması ilə bağlı vəziyyətin daha sabit olduğu rayonlarda müəyyən təhlükəsizlik tədbirləri nəzərə alınmaqla, məscidlərdə cümə namazının bərpasına icazə verilir”, – deyə nazir bildirib. Eyni zamanda qeyd edilir ki, cümə namazında imam istisna olmaqla, 30 nəfərin iştirakına icazə verilir. Bundan əlavə, məscidə giriş zamanı insanların temperaturu ölçüləcək və onlar haqqında şəxsi məlumatlar qeyd ediləcək.

Malayziyada hazırda 13 ştatdan 8-də yaşıl zona elan edilib. Bunu nəzərə alan hökumət Kuala Lumpur, Putracaya və Labuan kimi federal ərazilərdə yerləşən məscidlərdə dini ayinlərə icazə verib.

Xatırladaq ki, Malayziyada məscidlərdə cümə namazının qılınması martın ortalarında koronavirusa yoluxanların sayı kəskin artdıqdan sonra dayandırılıb.

Əlavə olaraq qeyd edək ki, son məlumatlara görə, Malayziyada 6 min 900-ə yaxın koronavirusa yoluxma halı qeydə alınıb. Onlardan 5 min 439-nun sağaldığı, 112 nəfərin isə öldüyü bildirilir.