Bu ölkədə 38 vyetnamlı turist yoxa çıxdı

0
11

Cənubi Koreyanın Ceju adasına gələn təxminən 90 nəfərlik vyetnamlı qrupdan 38-i planlaşdırılan tarixdə ölkələrinə qayıtmayıb və yoxa çıxıb.

Ceju Turizm Təşkilatından verilən açıqlamaya görə, təxminən 90 nəfərlik vyetnamlı turist qrupu noyabrın 14-də “VietJet” Hava Yollarına məxsus təyyarə ilə Cejuya gəlib. Qrupdakı 38 turist noyabrın 17-də geri qayıdış reysinə az qalmış yoxa çıxsa da, digər turistlər planlaşdırıldığı kimi ölkələrinə qayıdıblar.

Səlahiyyətlilər 30 günlük vizasız səyahət icazəsi olan vyetnamlıların dekabrın 14-dək adada qala biləcəyini bildirərək, itkin düşən turistlərin tapılması üçün işlərə başlanıldığını açıqlayıb.