Bu ölkədə 10 min insan “siçovul qızdırması”na yoluxdu

0
13

Şri-Lankada 10 minə yaxın insan mənşəyi hələlik müəyyən edilməmiş bir xəstəliyə yoluxub.

Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Həkimlərin ehtimalına görə, Cafna şəhərində xəstəliyin yayılmasına əlverişsiz hava şəraiti nəticəsində meydana gələn və “siçovul qızdırması” kimi tanınan infeksiya səbəb ola bilər. Uzunmüddətli yağışlar və daşqınlar bir çox əraziləri su altında qoyub ki, bu da yoluxma hallarını artırıb.

Mütəxəssislər xəstəliyin əsas daşıyıcılarının gəmiricilər və həşərat yeyən heyvanlar olduğunu bildirir.