Bu ölkə Zelenskinin planını dəyişmək istəyir: ABŞ və Fransa ilə danışıqlar gedir

0
92

İtaliya Vladimir Zelenskinin ABŞ-a səfəri zamanı müttəfiqlərinə təqdim etdiyi “qələbə planını” “sülh planına” çevirmək istəyir.

Bu barədə İtaliyanın “Il Messaggero” qəzeti öz mənbələrinə istinadən yazıb.

Bildirilir ki, Romada onlar raketlər, tanklar və “qələbə” haqqında daha az danışmağı, gərginliyin azaldılması, sülh və Ukraynanın bərpası məsələlərinə daha çox diqqət yetirməyi təklif edirlər.

“Roma investisiyaları istiqamətləndirməkdə və müqavilələr bağlamaqda maraqlıdır”, – deyə məqalədə qeyd olunur.

İtaliyalı jurnalistlər də hazırda bu məsələ ilə bağlı ABŞ və Fransa ilə əlaqələrin olduğunu bildirirlər.