Bu ölkə Ukraynaya 1400 ədəd PUA göndərəcək

0
107

Latviya Ukraynaya təhvil verilməsi üçün pilotsuz uçuş aparatlarının (PUA) ən böyük partiyasının hazırlanmasını başa çatdırıb.

Bu barədə Latviyanın müdafiə naziri Andris Spruds deyib.

O, Latviya istehsalçılarına məxsus 1400 PUA-nın hazırlandığını bildirib.

Qeyd edək ki, Latviya Ukrayna hakimiyyətinə təhvil verilməsi üçün təxminən 2,7 min pilotsuz təyyarə alıb.