Bu ölkə Türkiyəni vurmaq üçün Fransadan raket alır: böyük şəhərlər hədəfdə

0
58

Türkiyəyə qarşı inanılmaz təhdidlər edən Yunanıstan yeni raket almağa hazırlaşır.

Bu barədə Yunanıstanın “Pentapostagma” qəzeti yazıb.

“Türklər bizi özlərinin 1000 km mənzilli qanadlı raketləri ilə hədələyirlər. Bu halda Yunanıstan donanmasının fransız “SCALP” dəniz raketlərini alması qaçılmaz olur. Afinanın Türkiyənin böyük şəhərləri və hərbi bazaları da daxil olmaqla, geniş ərazidə hədəfləri vurmaq qabiliyyətini təmin edən strateji super silahı olsaydı, çox yaxşı olardı”, – məqalədə bildirilir.

Yunanıstanın xarici işlər naziri Nikos Dendias da Yunanıstan hərbi donanması üçün yeni sualtı qayıqlar almağı planlaşdırdığını açıqlayıb.