Bu ölkə Rusiyanın güdazına getdi: ABŞ-ın qara siyahısına düşdü

0
57

ABŞ iki Hindistan şirkəti və onların gəmilərini Rusiyanın “Arktika LNG-2” layihəsi ilə əlaqələri üçün SDN siyahısına əlavə edib.

Bu barədə “İnterfaks” məlumat yayıb.

“Gotik Shipping Co” və “Plio Energy Cargo Shipping Opc Private Limited” qara siyahıya salınıb. Sanksiyalar onların “Palau” bayraqlı qaz daşıyıcıları “Mulan” və “New Energy” şirkətlərinə də təsir edib.

Qeyd edək ki, “Financial Times” daha əvvəl yazmışdı ki, Rusiyanın “Arctic LNG 2” layihəsindən mayeləşdirilmiş təbii qazın (LNG) son partiyaları potensial müştərilərə ABŞ sanksiyalarından qorxduqları üçün satıla bilməz.

Bildirilir ki, Rusiya müəssisəsindən tədarüklər qışda başlamalı idi, lakin gəmiqayırma zavodu məhdudlaşdırıcı tədbirlərə görə müqaviləni ləğv edib.