Bu ölkə Rusiya ilə sərhədi açmayacaq: Təhlükə bitməyib

0
11

Rusiya-Finlandiya sərhədinin açılmamasının səbəbləri bəlli olub.

Bu barədə Finladiyanın baş naziri Petteri Orpo jurnalistlərə danışıb.

Finlandiya hökuməti başçısının sözlərinə görə, Rusiyanın davranışı ucbatından ölkələr arasında sərhədi açmaq mümkün deyil.

Xatırladaq ki, Rusiya-Finlandiya sərhədi 2023-cü ilin noyabrında miqrant axınının artması fonunda bağlanmışdı.

“Nə təhlükənin qiymətləndirilməsi, nə də Rusiyanın hərəkətləri dəyişib. Rusiya Federasiyası keçid məntəqələri açılacağı təqdirdə etibarlı səyahət sənədləri olmayan şəxslərin sərhədi keçməsinə icazə verə bilər”, – deyə baş nazir bildirib.