Bu ölkə dəhşət içində: Səbəbi bilinməyən yoluxucu xəstəlik sürətlə yayılır

0
124

Əfqanıstanın Pərvan əyalətində 500 nəfər səbəbi müəyyən edilə bilməyən yoluxucu xəstəliyə yoluxub. 2-si ölüb, 50 nəfərin vəziyyəti ağırdır.

Bu barədə Pərvan Qubernatorluğunun sözçüsü Hikmətullah Şemim “TOLO News”-a danışıb.

O, səbəbi hələ bilinməyən epidemiya xəstəliyinə görə son 4 gündə çox sayda insanın xəstəxanalara müraciət etdiyini bildirib.

Xəstəlikdən 2 nəfərin öldüyünü deyən Şemim, 50 xəstənin vəziyyətinin ağır olduğunu bildirib. O, bunu yeni yoluxucu xəstəlik növü olaraq xarakterizə edib.

Xəstələrdə halsızlıq, əl və qollarda şiddətli ağrı, ishal və yüksək hərarət kimi simptomların olduğu qeyd edilib.