Almaniyanın Ukraynaya tanklar göndərməsi almanları münaqişədə birbaşa iştiraka yaxınlaşdırır”.
Bununla bağlı Macarıstanın baş naziri Viktor Orban xəbərdarlıq edib.
“Əvvəlcə almanlar oraya öldürücü silah göndərmək istəmədiklərini bildirərək əsgər dəbilqələrini göndərdilər”, – Orban hökumətin sosial media səhifəsində yazıb.
O, əlavə edib ki, indi söhbət tanklara çatıb və artıq təyyarələrdən danışmağa başlayıb.
“Addım-addım almanlar müharibəyə doğru sürüklənir”, – Macarıstanın baş naziri qeyd edib və əlavə edib ki, Macarıstan münaqişənin əvvəlindən sülh tərəfdarı olduğu üçün Ukrayna ordusunu silahla təmin etməkdən imtina edib