Bu nəhəng göy cismi ikinci Yerdir – Alimlər araşdırdı

0
94

Günəş sistemimizin asteroid qurşağındakı ən böyük cisimlərdən biri olan cırtdan planet Ceres həyat üçün vacib olan bəzi üzvi molekulları ehtiva edə bilər. Yeni bir araşdırma bu üzvi molekulların Ceresin səthində ortaya çıxdığını göstərir.

Bununla bağlı İtaliya Milli Astrofizika İnstitutundan planetoloq Maria Cristina De Sanctis və onun komandası tərəfindən araşdırma aparılıb.

Tədqiqatçılar bildirirlər ki, bu birləşmələr kosmik radiasiyaya qarşı həssasdır və buna görə də təxminən 10 milyon il əvvəl Ceresin yeraltı okeanlarından səthə daşınıb.

NASA-nın Davn missiyasının məlumatlarına əsaslanan araşdırma Ceresin buzlu səthinin altında duzlu su okeanlarının və üzvi birləşmələrin mövcudluğunu təsdiqləyir.

Bu tapıntılar Ceresin həyatı dəstəkləyə biləcəyinə dair mühüm ipucu verir.