Əməkdar artist, bəstəkar və müğənni Elza Seyidcahan deputatlığa namizəd olub.
Məlumata görə, o, 23 saylı Nəsimi-Səbail seçki dairəsindən namizədliyini irəli sürüb.
Müğənninin namizədliyi artıq qeydə alınıb və ona namizədlik vəsiqəsi verilib.
Qeyd edək ki, sözügedən dairədən digər namizəd Milli Məclisin deputatı Ziyad Səmədzadədir.
