Bu marşrutda gedişhaqqı 80 qəpik oldu

0
21

Bakı Bus MMC 140E nömrəli yeni müntəzəm marşrut xəttini istifadəyə verib.

Avtobuslar 10 dəqiqə intervalla “Koroğlu” Nəqliyyatı Mübadilə Mərkəzi ilə paytaxtın Şüvəlan qəsəbəsi arasında hərəkət edəcəklər.

Gedişhaqqı 80 qəpikdir.