Bu marşrut xətləri üzrə avtobuslar yeniləndi

0
340

Bu günlərdə “Xaliq Faiqoğlu” şirkəti tərəfindən Bakıya gətirilmiş, “Avro 6” standartına cavab verən 50 ədəd “Otokar” markalı, CNG mühərrikli avtobuslar istismara verilib.

Bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib.

Məlumata görə, nəqliyyat vasitələri 186165 və 85 nömrəli müntəzəm marşrut xətləri üzrə sərnişinlərin istifadəsinə verilib. Bu marşrut xətlərindən çıxarılan və AVRO-5 standartlarına cavab verən “İsuzu” markalı avtobuslar isə “Daewoo” markalı avtobusları əvəz etmək üçün 119135 və 199 nömrəli müntəzəm marşrut xətləri üzrə daşımalara cəlb edilib. Beləliklə Xırdalan istiqamətində sərnişinlərə xidmət göstərən marşrut xətləri üzrə nəqliyyat vasitələri tam yenilənib