İqlim dəyişikliyi nəticəsində iri kakao yetişdirən Qana və Fil Dişi Sahili Respublikasında (Kot-d’İvuar) kakao paxlası məhsulu kəskin şəkildə azalıb.
Kakaonun həddindən artıq qıtlığı qiymətlərin kəskin artmasına səbəb olub.
Qeyd edək ki, 2024-cü ilin sonunda kakaonun qiyməti tarixi rekord həddə çatıb. Son 2 ildə 1 ton kakaonun qiyməti 5 dəfədən çox artaraq 2200 ABŞ dollarından 12000 ABŞ dollarına yüksəlib.
Ekspertlərin fikrincə, yaxın 1 il ərzində şokoladın qiyməti 100 faizdən çox artacaq. Avropa və Amerikanın iri qənnadı şirkətləri artıq qiyməti 20 faizdən çox qaldırıblar və bu il də qiymət artımının olması mümkündür.
Bildirilir ki, bu biznesin idarə oluna bilməsi üçün şirkətlər müxtəlif tədbirlər görür. Bəziləri məhsulların tərkibindəki kakao miqdarını azaltmaq niyyətindədir, bəziləri isə etiraf ediblər ki, kakao məhsullarının yerinə başqa inqrediyentlərdən istifadə edəcəklər.
Şokolad həvəskarları mümkün qədər ayıq olmalıdır, çünki bir çox vicdansız istehsalçılar kakao adı altında palma yağı və digər əvəzediciləri olan şokolad istehsal edəcəklər.