Bu kreditlərlə bağlı güzəşt edildi – ŞAD XƏBƏR

0
340
Bu kreditlərlə bağlı güzəşt edildi - ŞAD XƏBƏR

Aqrar sahəyə verilən mikrokreditlərin ödəmə müddəti artırılıb.

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin maliyyə analitki Ayaz Museyibov qeyd edib.

Analitik qeyd edib ki, 2020-ci il 08 aprel tarixli “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi haqqında Əsasnamənin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 23 iyul tarixli 571 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı pandemiyanın vurduğu zərərlərdən kənd təsərüffatı sisteminin qorunması istiqamətində atılmış növbəti dəstək mexanizmidir. Yeni dəyişikliklərin ən mühüm cəhətləri aqrar sahəyə verilən mikrokreditlərin ödəmə müddətinin əlavə 1 il artırılması, kredit məbləğlərinin isə 3 dəfə artırılması imkanlarıdır.

Onun sözlərinə görə, müvafiq dəyişikliklə Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) vasitəsilə aqrar sahədə kredit təminatların verilməsi mexanizmi formalaşdırıldı:

“Yeni dəyişikliklərin ən mühüm cəhətləri aqrar sahəyə verilən mikrokreditlərin ödəmə müddətinin əlavə 1 il artırılması, kredit məbləğlərinin isə 3 dəfə artırılması imkanlarıdır. Digər tərəfdən, yeni mexanizm AKİA-nın vəsaitləri vasitəsilə verilmiş kreditlərin verilməsində banklara tətbiq olunan faiz dərəcəsi üzrə yuxarı limit təyin edir. Belə ki Agentlik Qaydada nəzərdə tutulan vəsaiti müvəkkil kredit təşkilatlarına təminatsız verilən mikrokreditlər və ya digər güzəştli kreditlər üçün illik 2 faiz, təminatla verilən mikrokreditlər üçün isə əlavə 0,5 faiz olmaqla, illik 2,5 faiz tətbiq etməklə verir. Müvəkkil kredit təşkilatlarının AKİA-nın kredit vəsaitinə tətbiq etdiyi illik faiz dərəcəsinin ən yüksək həddi müvafiq olaraq öhdəliklərin icrasının təmin edilməsi üsulu müəyyən edilmədən verilən mikrokreditlər üçün 12 faizdən, digər güzəştli kreditlər üçün isə 7 faizdən artıq olmamalıdır. Xüsusilə də Qaydada nəzərdə tutulmuş təminat tətbiq edilməklə verilmiş mikrokreditlərin qeyri-işlək hissəsi üzrə risklər qismən Agentlik tərəfindən qarşılanacaqdır ki, bu da bank risklərinin azalması və bu sahəyə daha çox maliyyə resurslarının ayrılmasına imkan yaradacaqdır”.

Analitikin fikrincə, bu fərmanların verilməsi hazırki şəraitdə kənd təsərrüfatı sahəsinə verilən kreditlərin ekspansiyasına səbəb olmaqla birlikdə, bank sisteminin müvafiq sahə üzrə risklərinin azalması, aqrar sahədə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxışının təmin edilməsinə də əsaslı imkan yaratmış oldu:

“Digər tərəfdən, müvafiq mexanizmlərin tətbiqi, kənd təsərrüfatı sisteminin və aqrar sahə iştirakçılarının stimullaşdırılmasıdır ki, bu da pandemiya dövründə ölkə üçün əhəmiyyəti xüsusilə artan qida və ərzaq təhlükəsizliyinin təmin edilməsinə də öz töhfəsini verəcək”.