Bu ildən vahid tələbə kartının tətbiqinə başlanılacaq: Endirimlər gözlənilir

0
64

“Növbəti tədris ili üçün vahid tələbə kartı ilə bağlı ali təhsil müəssisələri ilə müzakirələr aparılıb”.

Bunu Təhsilin İnkişafı Fondunun bu gün keçirilən hesabat tədbirində Fondun İdarə Heyətinin sədri Elnur Nəsibov deyib.

O bildirib ki, artıq bəzi istiqamətlərdə razılıqlara gəlinib:

“Vahid tələbə kartı ilə müxtəlif ödəmə sistemi, giriş kartı, nəqliyyat, keşbek sistemində endirimlər təmin olunacaq.

Eyni zamanda, özəl sektorla bir neçə universitetin tələbə yataqxanasının təmir olunması və onun istifadəyə verilməsi ilə bağlı layihələrə də başlanılacaq”.