Bu il maaşlar nə qədər artırıla bilər? – VİDEO

0
169

“2023-cü ildə ölkəmizdə inflyasiya səviyyəsinin ötən illə müqayisədə azalacağı proqnozlaşdırılır”.

Bu fikirləri millət vəkili Vüqar Bayramov “Xəbər Ertəsi” verilişinə deyib.

Deputatın sözlərinə görə, 2022-ci ildə Rusiya və Ukrayna arasında başlayan müharibə qiymət artımını proqnozlaşdırılandan daha yüksək həddə çatdırıb.

Azərbaycanda da inflyasiyanın birrəqəmli olacağı gözlənilsə də, nəticədə bahalaşma 14 faizdən, bəzi məhsullarda hətta 19 faizdən yuxarı olub.

Millət vəkilinin fikrincə, görülən ciddi tədbirlər sayəsində bu il vəziyyət normallaşa bilər:

“2023-cü ildə 6,9 faiz inflyasiya proqnozlaşdırılır. Dünyanın bir sıra ölkələrində, xüsusən ABŞ-də 2022-ci ilə nisbətən qiymət artımında az fərq müşahidə edilir”.

İqtisadçı ekspert Xalid Kərimli bildirib ki, 2022-ci ildə orta aylıq əməkhaqqı ölkə üzrə 15%-ə qədər artıb. O, belə artımların daha çox dövlət orqanlarında işləyən işçilərin maaşlarına şamil edildiyini deyir. Özəl sektorda çalışanlara gəlincə:

“Özəl sektorda əməkhaqlarının artırılması, əsasən, əmək bazarında olan vəziyyətlə əlaqəli olur. Dövlətin müəyyənləşdirdiyi minimum əməkhaqqı qanunu ilə tənzimlənir. Biz özəl sektorlarda əməkhaqlarının artırılmasını tələb etmək hüququna malik deyilik. Əmək bazarında əməkhaqqı artırsa, özəl sektor da işçilərini itirməmək qarşılığında maaşları artırır”.

Daha ətraflı “Xəzər Xəbər”in süjetində: