Bu il evlənən və boşananların sayı açıqlandı

0
378

2019-cu ildə nikaha daxil olan və boşananların sayı açıqlanıb.

Dövlət Statistika Komitəsindən bildirilib ki, 2019-cu ilin səkkiz ayı ərzində Ədliyyə Nazirliyinin rayon, şəhər qeydiyyat şöbələri tərəfindən ölkədə 42163 nikaha daxilolma, 11317 boşanma halları qeydə alınıb.

Qeydə alınan nikahlardan 857-si Azərbaycan vətəndaşı olan qadınlarla xarici ölkə vətəndaşı olan kişilər arasında, 686-sı isə Azərbaycan vətəndaşı olan kişilərlə xarici ölkə vətəndaşı olan qadınlar arasında bağlanan nikahlardır.

2003-cü ildən nikahların, həm də boşanmaların sayında artım müşahidə olunurdusa, 2008 və 2009-cu illərdə bu göstəricilər əvvəlki illərə nisbətən bir qədər azalıb.