Bu il dövlət qurumlarına məxsus neçə avtomobil satılıb?

0
266

Cari ilin yanvar-avqust aylarında nəqliyyat vasitələrinin də özəlləşdirilməyə çıxarıldığı 29 hərrac keçirilib.

Bu barədə Əmlak Məsələləri Dövlət Xidməti məlumat yayıb.

Bildirilib ki, hərraclara çıxarılan 721 nəqliyyat vasitəsindən 375-i satılıb.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,3 dəfə çoxdur.

Nəqliyyat vasitələrinə olan sifarişlərin çoxluğu hərracları daha rəqabətli edib. Belə ki, səkkiz ay ərzində nəqliyyat vasitələri üzrə ümumilikdə ilkin satış qiyməti 1 milyon 467 min 785 manat olsa da, rəqabətli hərrac nəticəsində bu, 1 milyon 843 min 318 manat olub.

Səkkiz ayda nəqliyyat vasitələrinin özəlləşdirilməsindən dövlət büdcəsinə daxil olan vəsait ötən ilin eyni dövrü ilə müqayisədə 3,9 dəfə çoxdur.