Bu il Bakıda Yeni il qeyd ediləcəkmi? – Açıqlama

0
463

Son günlər müzakirə olunan məsələlərdən bir də ölkədə, xüsusən paytaxtda Yeni illə bağlı parkların, mərkəzi küçələrin bəzədilməsidir. Bəzi vətəndaşlar hesab edirlər ki, həm Vətən müharibəsində həyatını itirən şəhidlərimizə, həm də pandemiyaya görə paytaxt Bakıda, xüsusən Səbail rayonu ərazisində hər hansı tədbirin təşkili, şənlik aurası yaradılması məqsədəuyğun deyil.

Məsələ ilə bağlı  açıqlama verən Bakı şəhər İcra Hakimiyyətinin mətbuat katibi İsrafil Kərimov bildirib ki, bununla bağlı qərar Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyəsinə uyğun olaraq veriləcək.

Səbail rayon İcra Hakimiyyətindən də saytımıza bildirilib ki, hələlik bu barədə qərar yoxdur.

Qeyd edək ki, Yeni il bayramı ilə əlaqədar ölkədə 5 gün ardıcıl (31 dekabr, 1, 2, 3, 4 yanvar) iş olmayacaq. Belə ki, 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik günü, 1, 2 yanvar – Yeni il bayramı qeyri-iş günüdür. Yanvarın 2-si şənbə gününə təsadüf etdiyindən Əmək Məcəlləsinə əsasən yanvarın 4-ü də qeyri-iş günü olacaq.