Bu il Bakıda 124 nəfər məktəbin 12-ci sinifini bitirib

0
373

2019-2020-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki məktəblərdə 440 426 şagirdin təlim-tərbiyəsi ilə 27 786 müəllim məşğul olub.

Bu barədə qurumdan məlumat verilib.

İdarənin tabeliyindəki ümumi təhsil müəssisələrinin birinci siniflərini 45 573, doqquzuncu siniflərini 30 888, 11-ci siniflərini 19 612, 12-ci siniflərini isə (əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri) 124 nəfər bitirib.

Eyni zamanda, paytaxt üzrə lisey və gimnaziyaların birinci siniflərinə qəbul olmaq üçün elektron sistem vasitəsilə 43 395 müraciət olunub.