Bu il Azərbaycanda uşaqlara ən çox qoyulan adlar AÇIQLANDI

0
299

Bu ilin on ayı ərzində Azərbaycanda uşaqlara ən çox qoyulan adlar məlum olub.

“Report” uşaqlara qoyulan adlar arasında ilk onluğu təqdim edir.

Belə ki, ötən müddət ərzində oğlan uşaqlarına ən çox verilən ad Əli olub. Bu ad il ərzində 1 299 uşağa qoyulub.

Beləliklə, yanvar-oktyabr aylarında Əli adı uşaqlara verilən adlar arasında öz populyarlığını qoruyub saxlayıb.

Bundan əlavə, doğumu qeydə alınan körpələrdən oğlan cinsindən olanlardan 1243-nə Yusif, 1239-na Hüseyn, 1189-na Uğur, 886-na Məhəmməd, 790-na Ömər, 692-nə Murad, 591-nə Raul, 553-nə Tunar və 552-nə isə Ayxan adı verilib.

Həmçinin qız uşaqları arasında Zəhra adı birinciliyi qoruyub. Bu il ərzində bu ad 1 312 uşağa verilib.

Bundan əlavə, doğumu qeydə alınmış körpələrdən qız cinsi olanlardan 1 041-nə Zeynəb, 985-nə Məryəm, 951-nə Aylin, 931-nə Fatimə, 887-nə Mələk, 777-nə Nilay, 767-nə Nuray, 666-na İnci və 598-nə isə Mədinə adı qoyulub.

Beləliklə, bu ilin yanvar-oktyabr aylarında uşaqlara ən çox qoyulan adlar Əli və Zəhra olub.