Bu ikinci dalğa deyil, qışda yoluxma ikiqat artacaq – İnfeksionist Vüsalə Yaşar

0
333

Hazırda Azərbaycanda gündəlik 1000 nəfəri keçən yoluxma sayı soyuq, şaxtalı qış günlərində ikiqat arta bilər.
Qonşu kiçik ölkələrdə bu rəqəm artıq 2000-ləri keçib.

İnfeksionist həkimlər indi gündəmdə olan pandemiyanın ikinci dalğası məsələsi ilə razı deyil. Hazırda yaşadığımız sadəcə pandemiyadır, ikinci dalğa deyil.

Koronaviruslu xəstələrin müalicəsində birbaşa iştirak etmiş, infeksionis Vüsalə Yaşar qriplə koronavirusu ayırd etməyin ən asan yolunu izah edib.
Həkimin qorunmaqla bağlı bəzi məsləhətlərini də təqdim edirik:
“ Niyə qışda koronavirus daha da artacaq?
Qışda insanlar daha çox qapalı, isti, qapı-pəncərəsi bağlı ortamlarda, bir-biri ilə sıx təmasda olur. İnsanlar istiyə çəkilir, isti isə virusun yayılması üçün münbit şərait yaradır. Məkanlar, evlər havalandırılmır. İnsanlar saatlar bir yerdə qalır.
Bİr çoxları düşünür ki, virus dəyişir, mutasiya edib. Amma yaydakı virus ilə indikinin heç bir fərqi yoxdur. Hazırda asimptomatik xəstələr çoxdur. Onlar özlərini təcrid etmir. Marketə, aptekə gedir, nəqliyyatdan istifadə edir. Biz asimptomatik xəstələri xəstəxanalara yığa bilmərik. Burda artıq insanı məsuliyyət hissi olmalıdır. Bu gün yoluxmanın başlıca aparıcı qüvvəsi məhz asimptomatik xəstələr və daha çox gənclərdir”.
Qriplə koronavirus nə qədər oxşar olsa da, ikisi də virus infeksiyası sayılsa da bir çox fərqli əlamətlər var.

“Qripdə biz necə oluruq? Tez-tez asqırırıq, burun, göz sulanır, axır. Yəni xəstənin selikli qişaları quru olmur. Koronavirusda heç bir burun axma, sulanma olmur. Belə deyək, quru keçir. Burun tutulsa da quru olur.
Qripdə hamilələr və uşaqlar xüsusi risk qrupuna daxil edilir.
Amma koviddə təcrübə göstərdi ki, hamilə və uşaqlar koronaviorusu elə də ciddi ağır keçirmir və xəstə itkisi olmur.
Xəstələr özlərində qrip və ya koronavirusu ayırd etməyə çalışmadan istənilən simptomu hiss edən kimi sahə həkiminə məlumat versinlər”.