Bu idmançı dünya rekordunu yenilədi

0
515
United States' Dalilah Muhammad celebrates after winning the women's 400 meters hurdles final during the Diamond League in Doha, Qatar, Friday, May 3, 2019. (AP Photo/Kamran Jebreili)
Amerikalı atlet Dalayla Muhəmməd 400 metrlik məsafəni 52,20 saniyəyə qaçaraq dünya rekordunu yeniləyib.
Qadın atlet bu göştəricini Ayova ştatının Des Moines şəhərində keçirilən ABŞ çempionatında əldə edib.
O, bu hərəkətilə 2003-cü ildə Tula şəhərində keçirilən Rusiya çempionatında Yulia Peçenkonun rekordunu (52.34) geridə qoyub.
ABŞ çempionatında ikinci yeri Sidni Maklaflin (52.88), üçüncü yeri isə Eşli Spenser (53.11) tutub.
Qeyd edək ki, 29 yaşlı Muhəmməd 2016-cı ilin Olimpiya çempionu və Dünya Çempionatında ikiqat gümüş mükafatçısıdır (2013, 2017). Bundan əvvəlki ən yaxşı nəticəni 2017-ci ildə Sakramentoda (Kaliforniya) keçirilən ABŞ Çempionatında əldə etmişdi – 400 metrə məsafəni 52,64 saniyəyə qaçmışdı.